Şahzadənin nəvəsi rejissordan boşanır

Şahzadənin nəvəsi rejissordan boşanır
690 dəfə oxunub
  • A-
  • A
  • A+

Monako şahzadəsi II Albertin qardaşı qızı və Qreys Kellinin nəvəsi Şarlotta Kasiraqi həyat yoldaşı, rejissor Dimitri Rassamdan boşanır.

Axşam.az xəbər verir ki, bu barədə “Voici” məlumat yayıb. Nəşrdən bildirilib ki, boşanma qərarını Şarlotta özü alıb. Buna səbəb Dimitrinin işləri ilə daha çox məşğul olması və ailəsinə kifayət qədər diqqət ayırmaması olub.

Qeyd edək ki, taxtda 11-ci sırada olan Şarlotta ilə Dmitri arasındakı münasibət 2017-ci ilin yazında məlum olub. 2018-ci ildə cütlüyün Baltazar adlı oğlu dünyaya gəlib. Cütlük bir il sonra nişanlanıb. Onlar 2019-cu ildə nikah masasına əyləşiblər.

Bu, Şarlottanın ilk evliliyi idi. Rassam isə rus model Mariya Novoselova ilə evli olub.