Cici Hadidlə Bredli Kuper ilk dəfə görüntüləndi - Foto

Cici Hadidlə Bredli Kuper ilk dəfə görüntüləndi - Foto
1052 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur model Cici Hadidlə sevgilisi, aktyor Bredli Kuper ötən günlərdə görüntülənib.

Axşam.az xəbər verir ki, cütlük Nyu-Yorkda görüşüb. Bu zaman ikili paparatsilərin kamerasına tuş gəlib.

Qeyd edək ki, Bredli daha əvvəl rusiyalı məşhur model İrina Şeyklə münasibətdə olub. Onların 2017-ci ildə Liya adlı qızı dünyaya gəlib. İkili 2019-cu ildə ayrılmışdı.

Müğənni Zayn Malikdən ayrıldıqdan sonra Cicinin adı aktyor Leonardo DiKaprio ilə hallanıb. Maraqlı məqamlardan biri də həmin ərəfədə DiKaprio ilə İrina arasında da münasibət olduğu iddia edilib. Cici ilə Zaynın bir qız övladları var.