Bir müddət əvvəl Kral III Çarlz və Keyt Middltonun xəstəxanaya yerləşdirilməsi kral ailəsində bəzi çətinliklər yaradıb.
Axşam.az xəbər verir ki, uşaqlara qulluq edən Şahzadə Uilyam müvəqqəti olaraq rəsmi vəzifələrini yerinə yetirməyi dayandırıb. İngilis mediasının yazdığına görə, Uels şahzadəsi işə Pasxadan tez başlamayacaq. Kralın isə vəzifə başına nə vaxt qayıdacağı məlum deyil.
Hələlik hər şey hazırda Britaniyanı tək başına gəzən Kraliça Consort Kamilladan asılıdır.
Bunun fonunda Şahzadə Eduardın tətilə çıxması diqqətdən qaçmayıb. Edinburq hersoqu dörd gün Cənubi Afrikada qalıb və sarayda gözlənildiyi kimi, gərgin səfərdən sonra dincəlmək istəyib.