"Avroviziya 2024"ün daha bir iştirakçısı bəlli oldu - Video

"Avroviziya 2024"ün daha bir iştirakçısı bəlli oldu - Video
690 dəfə oxunub
  • A-
  • A
  • A+

İspaniyanı "Avroviziya 2024" musiqi yarışmasında təmsil edəcək ifaçının adı açıqlanıb.

Axşam.az xəbər verir ki, ölkəni müsabiqədə Nebulossa təmsil edəcək. O, yarışmada "Zorra" mahnısını ifa edəcək.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 mayda, final isə mayın 11-də baş tutacaq. Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Hazırda ölkəmizi təmsil etmək üçün 6 iştirakçı mübarizə aparır. Onlar Emy Lia (Emiliya Yaqubova), Mila Miles-İlkin Dövlətov-Etibar Əsədli, Aisel (Aysel Məmmədova), Fahree, Qorqud və Səbinə Quluzadədir.