285 illik limon hərracda satıldı - Foto

285 illik limon hərracda satıldı - Foto
2356 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyanın "Brettells" hərrac evində 285 illik limon satılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, xarab olan meyvə anonim alıcıya 1780 dollara başa gəlib.

Limon uzun illər 19-cu əsrə aid olan şkafda qalıb. Sitrus bitkisi mebelə baxış zamanı çəkməcələrdən birində aşkar olunub.

Limonun üzərində isə P.Lou Françini tərəfindən 1739-cu il noyabrın 4-də Miss Baxsterə verildiyi haqda yazı olub.

Hərrac evinin rəhbəri David Brettell qeyd edib ki, meyvənin tam qurumasına baxmayaraq, gözlənilmədən 285 il ərzində yaxşı qalıb.