Ötən gecə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar"a layiq görülən aktrisa Emma Stounun başına iş gəlib.
Axşam.az xəbər verir ki, aktrisanın "Louis Vuitton"dan olan geyimi cırılıb.
Bu barədə mükafatını almaq üçün səhnəyə çıxan aktrisa özü deyib. O, buna görə, pis olduğunu bildirsə də, özünü toplayıb və təşəkkür edib.
Emma geyiminin mərasimdə "Barbie" filmindəki mahnı ilə çıxış edən Rayan Qoslinqin nömrəsinə tab gətirə bilmədiyini bildirib.
"Geyimim cırıldı. Düşünürəm ki, bu, "I'm Just Ken" mahnısının ifası zamanı baş verib" deyə, E.Stoun zarafat edib.