Bir vaxtlar Londonun ən məşhur pop müğənnisi olan Lili Allen son açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, 38 yaşlı müğənni "Radio Times" podkastına açıqlamasında karyerasının uşaqlarına görə məhv olduğunu deyib:
"Uşaqlarım karyeramı məhv etdi. Mən onları sevirəm və onlar məni tamamlayırlar. Amma pop ulduzu kimi karyeram baxımından hər şeyi tamamilə məhv etdilər.
İnsanların hər şeyə sahib ola biləcəyini söyləməsi məni çox əsəbiləşdirir, çünki düzünü desəm, edə bilməzlər. Bəzi insanlar uşaqları yox, karyeranı seçirlər. Bu, onların hüququdur. Amma mən uşaq olanda valideynlərim yox idi. Mənə elə gəlir ki, bu, məndə uşaqlarımın üzərində təkrarlamaq istəmədiyim dəhşətli izlər qoyub".
Qeyd edək ki, Lilinin atası, aktyor Keyt Allen o dörd yaşında olanda anası, kinoprodüser Alison Ouendən ayrılıb.
Lilinin keçmiş əri Sem Kuperdən iki qızı var - 12 yaşlı Ethel Meri və 10 yaşlı Marni Rouz. O, 2020-ci ildən aktyor David Harbour ilə ailəlidir.