"Artıq çəkimə görə edilən şərhlərdən çox zərər gördüm"

"Artıq çəkimə görə edilən şərhlərdən çox zərər gördüm"
1474 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Hande Erçel Türkiyədə aktrisalarla aktyorlar arasında qoyulan fərqlərə narazılıq edib.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa "Elle" jurnalına açıqlamasında deyib.

"Bizim sektorda qadınla kişi eyni deyil. Çəkiliş meydançasında aradakı fərqi anlayırsan" deyə, aktrisa vurğulayıb.

Hande xarici görünüşü ilə bağlı davamlı olaraq tənqid olunmasına da münasibət bildirib:

"Bir qadına qarşı çəkisi, qaşı, gözü, geyindiyi geyimi haqqında edilən hücumlara qatlaşa bilmirəm. Bədən bizim, seçim də bizimdir. Gənc yaşlarımda artıq çəkim səbəbi ilə edilən şərhlərdən çox zərər gördüm. Özündən əmin olan qadının işıq saçmamaq ehtimalı yoxdur".

Qeyd edək ki, Hande son olaraq "Bambaşka biri" serialında rol alıb.