Pulları çatmadı, Oktay Kaynarcanın yalnız fotosu verildi

Pulları çatmadı, Oktay Kaynarcanın yalnız fotosu verildi
1384 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən həftə Türkiyədə təqdim olunan "Emanet" filmi ilə bağlı maraqlı detal ortaya çıxıb.

Axşam.az xəbər verir ki, bu barədə ekran işinin baş rol ifaçısı aktyor Mustafa Üstündağ danışıb.

O, layihədə aktyor Oktay Kaynarcanın da rol almasını istədiklərini, lakin maliyə problemləri səbəbindən bunu edə bilmədiklərini deyib. Aktyorun sözlərinə görə, pulları çatmadığı üçün filmdə yalnız Oktayın fotosundan istifadə edə biliblər. 

Qeyd edək ki, Mustafa ilə Oktay son olaraq "Ben bu cihana sığmazam" serialında 4-cü dəfə tərəf müqabili olublar.