Mərhum aktyorun vəsiyyəti açıqlandı

Mərhum aktyorun vəsiyyəti açıqlandı
825 dəfə oxunub
  • A-
  • A
  • A+

"Dostlar" serialının ulduzu Metyu Perri narkomaniyadan əziyyət çəkən insanlara kömək edən fonda 1 milyon dollardan çox məbləğdə pul miras qoyub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu, aktyorun 2009-cu ildə tərtib etdiyi vəsiyyətindən məlum olub. Perrinin sərvəti 120 milyon dollar qiymətləndirilir.

Vəsiyyətnamənin icraçıları kimi Liza Ferqyuson və Mayk Mayersin keçmiş həyat yoldaşı Robin Ruzanın adları çəkilir.

Onun mirasından digər faydalananlar arasında aktyorun atası Con Perri, anası Suzanna Morrison, ögey bacısı Keytlin Morrison və keçmiş voleybolçu sevgilisi Reyçel Dann da var.

Qeyd edək ki, Metyu Perri oktyabrın 28-də Los-Ancelesdəki evinin hamamında 54 yaşında vəfat edib. Ekspertiza müəyyən edib ki, aktyor ketaminin kəskin təsirindən ölüb.