"Hazırda yemək üçün restoranda oxuyuram"

"Hazırda yemək üçün restoranda oxuyuram"
2017 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur müğənni Lolita Milavskaya dekabr ayında blogger Nastya İvleevanın təşkil etdiyi çılpaq partidən sonra konsertsiz qalıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, Rusiyadakı bütün çıxışları ləğv edilir və artıq televiziya layihələrinə dəvət edilmir. Müğənni hazırda yemək üçün restoranda mahnı oxumağa çalışdığını bildirib:

"İndi yemək üçün oxuyuram. Bunu sınamaq qərarına gəldim və nəticə verdi. Təqaüdçü olmaq yaxşıdır, hamı maraqlanır".

O, hazırda ev işləri ilə məşğul olduğunu və qızı ilə daha çox vaxt keçirdiyini qeyd edib.