İndi də Türkiyədəki konsertləri ləğv olundu

İndi də Türkiyədəki konsertləri ləğv olundu
674 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın “Bi-2” qrupunun Türkiyədə keçirilməsi nəzərdə tutulan beşgünlük konserti ləğv edilib.

Axşam.az xəbər verir ki, bu barədə qrup özü məlumat yayıb.

“Biz bütün mümkün variantları yoxladıq, lakin təəssüf ki, bu konsertin baş tutmayacağını sizə bildiririk. Türkiyəyə gəlməməyimizin obyektiv səbəbləri var” deyə, açıqlamada bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Bi-2”nin fevralın 17-də Dubayda keçirilməsi planlaşdırılan konserti ləğv olunmuşdu.

Onlar daha əvvəl Tailandda icazəsiz konsert təşkil etdikləri üçün ölkədən deportasiya edilmişdilər.