Nataliya Oreiro gizli Moskvaya gedib - Video

Nataliya Oreiro gizli Moskvaya gedib - Video
1346 dəfə oxunub
  • A-
  • A
  • A+

“Vəhşi mələk” serialının ulduzu, uruqvaylı aktrisa və müğənni Nataliya Oreiro uzun müddət sonra ilk dəfə Rusiyada görüntülənib.

Axşam.az xəbər verir ki, bu haqda "Mash" xəbər verir. Aktrisa Sankt-Peterburqdan Moskvaya gəlib.

Nataliya səfərini gizlətməyə, medianın görüntülərini çəkməməsinə çalışıb. Buna görə də Oreiro üzünü şərflə bükərək və mühafizəçilərin əhatəsində Leninqradski stansiyasından keçib. O, avtomobilə minərək, uzaqlaşmağa çalışıb. 

Bundan əvvəl Nataliyanın Rusiyaya səfər edib, İvan Okhlobistin və Kristina Asmus ilə bir rus filmində rol alacağı bildirilmişdi. 

Qeyd edək ki, aktrisa 2021-ci ildən Rusiya vətəndaşlığı alıb.