Middlton aylar sonra görüntüləndi - Video

Middlton aylar sonra görüntüləndi - Video
915 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Keyt Middltonun cərrahiyyə əməliyyatından sonra gündəmdən uzaq qalması bir çox dedi-qodulara səbəb olub.

Axşam.az xəbər verir ki, ölüm xəbəri yayılan Middltonu paparassilər görüntüləyib. Uels şahzadəsi ötən şənbə günü fermer bazarında görünüb.

Həyat yoldaşı Uilyam da Böyük Britaniya şahzadəsini tək qoymayıb. Onlar birlikdə gəzib, ətrafdakılara gülümsəyiblər. O, xoşbəxt, gümrah və sağlam görünüb.

Xatırladaq ki, Middletonun fotoları 2023-cü ilin dekabrından paylaşılmayıb. Şahzadənin birdən-birə “yoxa çıxması” dünya mediasında və Britaniyada müzakirələrə və müxtəlif fərziyyələrə səbəb olub. Bir çoxları Middletonun görünməməsi fonunda onun şahzadə Uilyamdan boşanması, ağır xəstəliyə düçar olması, əməliyyatdan sonra komaya düşməsi kimi iddialar səsləndirib. Hətta bəzi sosial şəbəkə istifadəçiləri Keytin dünyasını dəyişməsini, bəziləri isə onun əməliyyat zamanı uşaqlığının çıxarılmasını iddia ediblər.