Türkiyəli aktyor Mesut Akustanın yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktyor "Gassal" serialında rol alacaq. O, layihədə Ahmet Kuralın atası "Haris"ə həyat verəcək.
Qeyd edək ki, Mesut son olaraq "Yürek çıkmazı" serialında rol alıb. O, 2 gün əvvəl 2016-cı ildə ailə qurduğu həyat yoldaşı Şafak Özbirlə boşanıb.