Xalq yazıçısı Elçin Əfəndiyev dəfn olunub.
Axşam.az xəbər verir ki, mərhumun nəşi I Fəxri Xiyabanda atası, Azərbaycan SSR Xalq yazıçısı İlyas Əfəndiyevin yanında torpağa tapşırılıb.
Onu son mənzilə yola salmağa gələnlər arasında yaxınları, ailə üzvləri və incəsənət, mədəniyyət xadimləri yer alıblar.
Qeyd edək ki, E.Əfəndiyev ötən gün 82 yaşında vəfat edib.
Foto: Orxan Şərəfxanov