CeyLo-nu İstanbulda mağazaya buraxmadılar - Fotolar

CeyLo-nu İstanbulda mağazaya buraxmadılar - Fotolar
3237 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Cennifer Lopezin başına İstanbulda iş gəlib.

Axşam.az xəbər verir ki, konsert üçün Türkiyəyə gedən sənətçi İstanbulda alış-verişə yollanıb. İstinye Parkdakı “Chanel” mağazasında ifaçını tanımayıblar.

Bu da az imiş kimi Lopezə mağazanın müştərilərlə tam dolu olduğu əsas gətirilərək, içəri girməsinə icazə verilməyib.

Onun kimliyini sonradan öyrənən mağaza rəhbərliyi müğənnini təzədən obyektə dəvət etsə də, bu dəfə Lopez təklifi rədd edib.