Model Günay Musayeva Bakıdan Türkiyəyə qayıdan kimi oğlu Cahangirlə tətilə yollanıb.
Axşam.az xəbər verir ki, o, övladı İlə İzmirə gedib.
"Balaca astronomumla ilk solo uçuşunu etdik — "Space Camp" Türkiyə, 15 komanda yoldaşı və sonsuz heyrət" deyə, günay fotolarına yazıb.
Qeyd edək ki, Günay türkiyəli aktyor Tolqa Karellə ailəli olub. Onun bu nikahdan Cahangir adlı övladı var.