Keti Perri “Cosmopolitan” jurnalının Amerika versiyasının üz qabığını bəzəyib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Müstəqillik Gününə həsr edilən fotosessiya dərginin iyul sayı üçün nəzərdə tutulub.
Fotolarla yanaşı, müsahibə də verən ulduz incəsənət sahəsindəki problemlərdən də danışıb: “Bəzən həyatda istədiyin yerə sahib olmaq üçün sən çirkaba bulaşmalısan, hər şeyə dözməlisən. Yalnız bundan sonra dinclik əldə edə bilərsən”.
Sevdiyi yeməklərdən də söz açan Perri pizzanı üstün tutduğunu deyib. Qarderobundakı sevimli əşyalara gəlincə, ulduz ən çox “Chanel” brendinə məxsus olan çantalarını sevdiyini söyləyib.
Müsahibəsinin sonunda məşhurluğun sirlərindən də danışan Keti hər zaman özü üzərində işləməyin, fikrini toplamağın, məşq etməyin, ailə və dostlarla ünsiyyət saxlamağın və alkoqoldan uzaq durmağın vacibliyini vurğulayıb.