Sevda və Eltonun xeyriyyə konsertindən özəl fotolar

Sevda və Eltonun xeyriyyə konsertindən özəl fotolar
3066 dəfə oxunub
  • A-
  • A
  • A+

 Heydər Əliyev Sarayında müğənni Sevda Yahyayeva və Elton Hüseynəliyevin konserti reallaşıb.


Axşam.az-ın məlumatına görə, biletlərin 10-30 manat arası qiymətə satıldığı konsert xeyriyyə məqsədi daşıyıb. 

Belə ki, “Ömür yarıda qalmasın” şüarı ilə keçirilən tədbirdən əldə olunan gəlir skalioz xəstəliyindən əziyyət çəkən Nübar və Leyla Rəsulovaların müalicəsinə sərf ediləcək. Konsertin aparıcılığını Afaq Gəncəli və Şəhriyar Əbilov ediblər. Bir-birindən sevilən ifaları ilə tamaşaçılara maraqlı gün yaşadan Sevda və Elton şouları ilə də diqqət mərkəzində olublar.


Qeyd edək ki, bir müddət öncə tədbirin təşkilatçısı Tarix Əliyev Heydər Əliyev Sarayının icarə haqqını “Məlahətli ana” xeyriyyə cəmiyyətinin ödədiyini, Saray rəhbərliyinin isə lazımı endirimlər etdiyini vurğulamışdı.

Foto: Rəşad ABBASOV