Müğənni Röya Ayxan sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl arıqlayıb 48 kiloqram olmağından şikayətlənən, hər kəsdən kökəlmək üçün məsləhət istəyən Röya indi çəkisinin artdığını vurğulayıb.
Müğənni təzə şəkillərinin yanına “zarafat, zarafat kökəldim” şərhini yazıb.
Qeyd edək ki, Röya imicini də dəyişib. O, bir müddət əvvəl uzatdığı saçlarını yenidən qısa kəsdirib.