Rəqqasə Fatimə Fətəliyeva mayın 29-da tələbələri ilə birgə Uşaq Filarmoniyasında verəcəyi konsertinin hazırlıqlarını yekunlaşdırıb.
Bu barədə Axşam.az saytına sənətçinin özü məlumat verib. O, bildirib ki, səhnəyə 240 tələbəsi ilə birlikdə çıxacaq:
“Demək olar ki, konsertə tam hazırıq. Həmin gecədə tamaşaçıları çoxlu sürpriz gözləyir. Öncədən hər şeyi açıqlamaq istəmirəm. Bu mənim beş aylıq pedaqoji fəaliyyətimlə bağlı verəcəyim hesabat konsertidir. Allahın köməyi ilə hər şeyin yaxşı keçəcəyinə inanıram”.
Qeyd edək ki, F.Fətəliyevanın növbəti konserti oktyabr, noyabr aylarında paytaxtın iri konsert salonlarının birində baş tutacaq.