Arda Turan: "Qadının məni bəyənməyinə ehtiyac yoxdur"

Arda Turan: "Qadının məni bəyənməyinə ehtiyac yoxdur"
2246 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk futbolunun ulduzlarından biri, karyerası qədər şəxsi həyatı ilə də gündəmdə qalan Arda Turan "GQ" jurnalına müsahibə verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxbirin suallarını cavablandıran Arda özü haqqında "İnsanlar həmişə gülərüz, mehriban Arda görür. Əslində mən çox sərt, acıdil adamam. Həyatla bağlı qayğılarım var. Artıq ətrafımdakılarla arama məsafə qoymalıyam, yoxsa bir-birimizi başa düşmürük" deyib.

Futbolçu işdə də, şəxsi həyatında da hər zaman öz istədiyini etdiyini bildirib:
"Mənim həyatımda hesab-kitab yoxdur. Ürəyimdən keçəni yaşayıram. Mən udmaq üçün oynamıram, xoşbəxt olmaq üçün oynayıram. Buna görə də heç vaxt saxta olmamışam".

A.Turan jurnalın oxucuları ilə qadınlar, sevgi və özünəinamla bağlı fikirlərini də bölüşüb:
"Qadının məni bəyənməyinə ehtiyac yoxdur. Mən bəyənim, bəsdir. Qadınlar güclü, uğurlu, onları qoruyan kişiləri sevirlər. Bunların hamısı məndə var. Bir də niyə özümü bəyəndirmək üçün zəhmət çəkim? Deyirlər, insanın yaşayacağı evlə ailə quracağı adam həmişə hardasa gözləyir. Bunlar planla olan şeylər deyil".