“Bu saat”ın növbəti aparıcısı - video

“Bu saat”ın növbəti aparıcısı -  video
1969 dəfə oxunub
  • A-
  • A
  • A+
“Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin növbəti çəkilişi Gəncə şəhərində gerçəkləşib.

Axşam.az-ın məlumatına görə, verilişə bu dəfə müğənni Aysel Əlizadə və aşıq Daşqın aparıcılıq edib.

"Top10"luğu fərqli formada təqdim edən sənətçilər həmkarlarının kliplərinə münasibət bildiriblər.

 Onluğun budəfəki qalibi müğənni Səbinə Babayevanın “Ey Vətən” klipi olub. Müğənni Zarina Məmmədova və Səidə Dadaşova isə siyahını tərk edib.

Verilişin müəllifi və rejissoru Nail Naiboğlu “Bu saat”a olan marağın günü-gündən artdığını deyir:

“Artıq müğənnilər başa düşürlər ki, qalmaqalları kənara qoymaq lazımdır. Bir az sənətlə məşğul olmaq məsləhətdir. Hər həftə “Top 10”luğa yeni kliplər daxil olur”.

Qeyd edək ki, veriliş həftəiçi beş gün, saat 16:00-da yayımlanır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. "Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.