"Beşinci element", "Janna D Ark" filmlərinin ulduzu, aktrisa Milla Yovoviç həyat yoldaşı, rejissor Pol Andersonun yeni filminin premyerasında iştirak etmək üçün Tokioya yollanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa "Pompey" adlı filmdə rol almasa da, sosial şəbəkədə bu kinolayihənin onun üçün çox əhəmiyyətli olduğunu bildirib.
"Pompey" filmi, kölə Maylo ilə Roma senatorunun nişanlısı Kassiyanın məhəbbətindən bəhs edir.
Xatırladaq ki, Milla və Pol 2002-ci ildə "Şər yuvası" filminin çəkilişləri zamanı tanış olublar. 2007-ci ildə cütlüyün Ever Qabo adlı qızları dünyaya gəlib, iki ildən sonra isə münasibətlərini rəsmiləşdiriblər.