Müğənni Elton Hüseynəliyev, Zamiq Hüseynov, Günay İbrahimli, aparıcı Afaq Gəncəli və prodüser Tolik Sankt-Peterburqa yola düşüb.
Axşam.az-ın məlumatına görə, səfərin məqsədi 28 may Respublika Günü münasibətilə Peterburqda keçiriləcək konsertdə çıxış etməkdir. Mərasimdə yerli ifaçılarımızla yanaşı türkiyəli müğənnilər Rafet El Roman, Ezo və Rusiya estradasının tanınmış simaları da oxuyacaqlar.
Sankt-Peterburq şəhərindəki Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov tərəfindən təşkil edilən gecənin aparıcısı Afaq Gəncəli olacaq. Mərasim mayın 27-də, yənu bu gün "Qış sarayı" adlı məkanda baş tutacaq.
Sankt-Peterburqa gedən məşhurların fotolarını təqdim edirik.