“...Cəlbedicidir” - Elçin

“...Cəlbedicidir” - Elçin
2375 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elçin Cəfərov son vaxtlar efirdən uzaqlaşmağının səbəblərini açıqlayıb.

Sənətçi Axşam.az-a açıqlamasında yaxın günlərdə hər kəsi yeni imici ilə təəccübləndirəcəyini deyib:

“Yeni mahnı hazırlayıram. Sözləri Azər Şirinə, musiqisi mənə, aranjimanı isə Tərlan Məmmədhüseynova aiddir. Buna görə bir az efirdən uzaq qalıram. Tamaşaçıların qarşısına tam fərqli imicdə çıxacam. Mahnının adı da fərqlidir. Yeni imicim və mahnı böyük maraq doğuracaq. Çünki bəstənin sözləri çox cəlbedicidir”.

E.Cəfərov, xalq artistləri Faiq Ağayev və Aygün Kazımova üçün yazdığı, lakin onların xoşuna gəlməyən  mahnı haqqında da danışıb:

“Həmin mahnı olduğu kimi durur. Bir gün işıq üzü görəcək. Kimə qismət olsa, o da səsləndirəcək, ya da özümüz oxuyacağıq. Onda tamaşaçılar qiymət verər”.

Qeyd edək ki, xalq artistləri yeni duet oxumaq qərarına gəlmişdilər. İfa olunacaq mahnını yazmaq isə Azər Şirinlə Elçin Cəfərova həvalə olunmuşdu.

Foto: Rəşad ABBASOV