Ədalət Kiprdə konsert verəcək

Ədalət Kiprdə konsert verəcək
1004 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Ədalət Şükürov Kiprə gedir.

Axşam.az-ın məlumatına görə, müğənni 28 May Respublika günü münasibətilə orada keçiriləcək konsertdə səhnəyə çıxacaq.

Azərbaycan-Kipr Tələbə Asossiasiyasının təşkilatçılığı ilə baş tutacaq gecədə ifaçı sevilən mahnılarını səsləndirəcək. Gecə Denktaş Mədəniyyət və Konqres Mərkəzində keçiriləcək.