Müğənni Rəhim Rəhimli yeni mahnısını təqdim edib.
Axşam.az xəbər verir ki, ifaçı ilk dəfə olaraq başqa bəstəkarın mahnısına müaricət edib.
Musiqisi Elçin Cəfərova, sözləri Azər Şirinə məxsus olan “Bir zamanlar” adlı bəstənin aranjimanını Tərlan Məmmədhüseynov və Elnur edib. Mahnı üçün xüsusi fotosessiya da hazırlanıb. Art direktor, rejissor Anar Hüseynov, fotoqraf isə Sadiq Quliyevdir. Müğənni sözügedən ifasını ilk dəfə mayın 28-də ANS TV-nin 20 illiyinə həsr edilən konsert proqramında səsləndirəcək.