Aparıcı Zaur Nəbioğlu yenidən tamaşaçıların qarşısına çıxacaq.
Bu barədə Axşam.az-a məlumat verən aparıcı "Stop demədən əylənək" adlı silsilə konsert proqramlarına start verildiyini bildirib. Zaur da həmin konsertlərdə aparıcılıq edəcək. Layihə yay aylarında həyata keçiriləcək. Bu silsilədən ilk konsert proqramı iyunun 1-də ukraynalı ulduzların iştirakı ilə baş tutacaq.
Növbəti proqram isə turkiyəli sənətçi Rafet El Romanın iştirakı ilə olacaq.
Xatirladaq ki, 7 iyunda baş tutacaq konsertdə turk müğənnisi ilə birlikdə səhnəyə yerli sənətçi Günay Ibrahimli də çıxacaq. Layihənin rəhbəri Nahid Emiloğludur.
Zaur "bir muddət əvvəl çəkdirdiyim fotosessiyanın adının niyə “stop” olduğunun səbəbini soruşurdular, nəhayət, bu sirri açmağın zamanı gəldi. “Stop demədən əylənək” adı altında olacaq konsertlər layihəmizin birinci mərhələsidir, tezliklə növbəti hissə barədə də mətbuata geniş məlumat verəcəyik" - deyə bildirib.