Türkiyənin ən gözəl qızı bəlli oldu - fotolar

Türkiyənin ən gözəl qızı bəlli oldu - fotolar
3904 dəfə oxunub
  • A-
  • A
  • A+

Soma kömür mədənində baş vermiş faciəyə görə təxirə salınan “Elidor Miss Turkey 2014”  gözəllik müsabiqəsi dünən baş tutub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Kənan Doğulu və aktrisa Yasemin Allenin aparıcılığı ilə  keçirilən yarışmada birincilik tacını 21 yaşlı Amine Gülşə başına qoyub.
İsveçdə anadan olmuş, 1.78 boylu Amine Dünya Gözəllik Müsabiqəsində Türkiyəni təmsil edəcək.

Türkiyəli superstar Ajda Pekkan və gənc pop ifaçısı Murad Dalkılıçın  sevilən mahnılarını səsləndirdiyi mərasimdə ikinci yeri 19 yaşlı Dilan Çiçek Deniz, üçüncü yeri  19 yaşlı Aybekü Pusat, dördüncü yeri isə Gizem Koçak tutub.