Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva və aparıcı Günel Hümbətova bu il universiteti bitirir. Axşam.az-ın məlumatına görə, bu gün imtahan verən tanınmışlar qrup yoldaşı olduqlarını bildiriblər.
İmtahandan fotolarını İnstaqramda paylaşan Günellə Aynişan şəklin altında “Nəhayət, bu il bitiririk” şərhini yazıblar.
Qeyd edək ki, G.Hümbətova və A.Quliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində təhsil alır.