Təxminən 40 ildir ki, hakimiyyətdə olan 76 yaşlı İspaniya kralı Xuan Karlos taxt-tacdan imtina edir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, kralın bu qərarını ölkənin baş naziri Mariano Racoy açıqlayıb. Onun yerinə taxta oğlu, 46 yaşlı şahzadə Felipp çıxacaq. Bununla da Felippin xanımı, əvvəllər milli İspan televiziyası TVE-də və CNN-in İspaniya təmsilçisi "CNN Plus"-da aparıcılıq etmiş Letiziya Ortiz İspaniya tarixində krallıq qanı daşımayan ilk kraliça olacaq.
Şahzadə Felipp Letiziya ilə 2004-cü ildə evlənib. Aparıcının 20 yaşında ailə qurub boşanması onun kral ailəsinə qəbul ounmasını çətinləşdirmişdi. Hazırda Ortizin 41 yaşı var.
Qeyd edək ki, 1962-ci ildə Atinada yunan kralı I Paulosun qızı Sofiya ilə evlənən Xuan Karlosun bir oğlu, iki qızı var.