Sevil və Sevinc bacılarını kövrəldən səbəb - fotolar

Sevil və Sevinc bacılarını kövrəldən səbəb - fotolar
7729 dəfə oxunub
  • A-
  • A
  • A+

Sevil və Sevinc bacıları “De hardasan” mahnısına klip çəkdirib.

Axşam.az xəbər verir ki, onların bu qərara gəlməsinə səbəb mahnının tamaşaçılar tərəfindən sevilməsi olub.

Bu barədə danışan əkizlər ifanın ilk gündən diqqət gördüyünü söyləyiblər:

“Bu mahnıya həddindən artıq istək gəldi. Biz də qərar verdik ki, artıq zamanıdır. “Facebook”da da tez-tez yazıb mahnıya klip çəkdirməyimizi xahiş edirdilər. Hər kəs o mahnıda özünü bir yerdə görür. Çox sevinirik ki, hər yaşda olan insanlar “De hardasan”ı bəyənirlər. Buna görə də klip çəkdirdik”.


Xatırladaq ki, “De hardasan” mahnısına əkizlərin ilk klipi “Sev məni”nin montajoru ekran həyatı verib. Klipdən olan fotoları təqdim edirik: