Bu gün modelyer Gülnarə Xəlilovanın ad günüdür.
Axşam.az-ın məlumatına görə, modelyeri sosial şəbəkə vasitəsilə yaxın dostları əməkdar artist Tünzalə Ağayeva və müğənni Samirə Allahverdi təbrik edib.
G. Xəlilova 1972-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Bakı şəhəri 260 saylı orta məktəbdə təhsilinə başlayıb və oranı 1989-cu ildə medalla bitirib.
Məktəbdə təhsil aldığı dövrdə, 1981-1987-ci illərdə, 25 saylı musiqi məktəbinin fortepiano kursunu keçib.
1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Pedaqoqika və Psixoloqiya" fakultısinə daxil olub və 1993-cü ildə Universiteti müvəffəqiyyətlə bitirib.
Bir neçə il pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra 2002-ci ildə moda evi təsis edərək modelyer-dizayner fəaliyyətinə başlayıb. Hazırda "Gülnarə Xəlilova moda evi"-nə rəhbərlik edir. Bu dövrdə Respublikanın tanınmış sənət adamları ilə işbirliyi qurub. Bunların sırasında xalq artistləri, əməkdar artistlər, tanınmış mügənnilər və telekanalların tanınmış aparıcılarını qeyd etmək olar.
2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam kimi çalışır, teatr səhnəsində qoyulan tamaşaların geyimlərinin tərtibatı və hazırlanmasına rəhbərlik edib. Bundan başqa kinematoqraflada işləri olub. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş bir-necə filmin geyim üzrə rəssamı olub. 2008-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantıdır. Bir çox konfrans və simpoziumlarda iştirak edib.
Ailəlidir, iki övladı var.