Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə bacısının fotosunu paylaşıb.
Axşam.az-ın məlumatına görə, bacısı haqda fikirlərini bölüşən aktrisa qızının ona nənə dediyini vurğulayıb:
“Böyük bacım... Qızım bacıma nənə deyir. Həyatda göydə Allahım, yerdə isə qızım və bacılarım var. Min şükür Allahıma! Onları mənə çox görməsin”.
Qızı Gülərin bu il üçüncü sinfi bitirdiyini deyən M.Əsədova bu münasibətlə onu gəzməyə aparıb. Gəzinti zamanı çəkilmiş şəkilləri İnstaqramda paylaşan aktrisa “Üçüncü sinfi uğurla bitirdi. Bu münasibətlə qızımı havası gözəl olan Maştağaya gətirdim. Burda bağda dincəlirik” yazıb.