Dünya pop ulduzu Rihanna Amerika Moda Dizaynerlərinin Mükafatlandırma mərasimində “Dəb ikonası” mükafatına layiq görülüb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni tədbirə vücudunu incəliklərinə qədər göstərən xüsusi libasda gəlib. Adam Selmanın dizaynı ilə hazırlanmış paltarda 216 min ədəd Svarovski daşından istifadə olunub.
Rihanna ehtişamlı, geyinməyə cəsarət tələb edən paltarını sadə makiyajı ilə tamamlayıb.
Qeyd edək ki, daha əvvəl “Dəb ikonası” mükafatını Ledi Qaqa, Keyt Moss, Nikol Kidman və Coni Depp alıblar.