Rafet El Romanla oxuduğu “Qəlbinə sürgün” dueti ilə tanınan azərbaycanlı ifaçı Ezonun bacılarının kimliyi bəlli olub.
Axşam.az xəbər verir ki, sənətçinin Türkan və Sədaqət adlı bacıları bir müddət öncə Yaşar Cəlilov və Emil Bədəlovun "Dostlar serenadası" adlı klipinə çəkiliblər.
Qeyd edək ki, Ezo mətbuata açıqlamasında Türkana dəstək olacağını deyib: “O da oxumaq, müğənni olmaq istəyir. Vaxtı gələndə bacıma bu işdə kömək olacam”.