Nejat İşlər evinə qayıtdı - fotolar

Nejat İşlər evinə qayıtdı - fotolar
1264 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk rejissoru Nuri Bilgə Ceylanın 67-ci Kann kinofestivalında "Qızıl Palma budağı" uğrunda yarışan "Qış yuxusu" filmində çəkilmiş Nejat İşlər festivaldan qayıtdıqdan sonra istirahəti Bodrumdakı evində edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddət xəstəxanada müalicə alan Nejat kafedə görüntülənib.

Məkanın arxa tərəfinə keçərək sendviç yeyən İşlər sağlamlığı ilə bağlı verilən sualları cavabsız qoyub. Berrak Tüzünataçla evlənib-evlənməyəci haqqında da danışmaq istəməyən Nejatin bədənindəki şişlərin azaldığı və barmaqlarındakı göylərin isə keçmədiyi diqqət çəkib.