Müğənni Sevinc Musayeva ilk solo konsertini verib.
Axşam.az-ın məlumatına görə, sənətçinin konserti Gəncədə baş tutub. Orada Amfiteatrda baş tutan mərasimdə Sevinc sevilən mahnılarını səsləndirib. Təəssüratlarını bizimlə bölüşən müğənni konsertin maraqlı keçdiyini deyib:
“Bu qədər diqqət, maraq, alqış gözləmirdim. İlk solo konsertim idi. O qədər insan gəlmişdi ki... Hər mahnımı mənimlə bərabər oxuyurdular. Bu yaşımda belə bir sevgi qazandığım üçün çox xoşbəxtəm. Təklif Gəncə şəhər rəhbərliyindən gəlmişdi. Gecədəki libasım bir gecənin içində hazırlandı. Bu konsertdən ilhamlandım. Bölgələrdə silsilə konsertlər verməyi düşünürəm”.
Qeyd edək ki, konsert 1 İyun Beynəlxalq Uşaq Gününə həsr edilib.