Aygünlə Mustafa Ceceli yenidən birlikdə

Aygünlə Mustafa Ceceli yenidən birlikdə
2215 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə mətbuatı xalq artisti Aygün Kazımovadan yazıb.

Axşam.az-ın məlumatına görə, qəzetlərdə müğənninin türkiyəli ifaçı Mustafa Ceceli ilə əməkdaşlığından bəhs edilib:

“Azərbaycanın divası Aygün Kazımova “Təsadüf” adlı mahnısı üçün Mustafa Ceceli ilə studiyaya girib. Mahnını Mustafanın aranjimanı ilə oxuyan Kazımova yeni sinqlının hazırlıqlarını davam etdirir. Sinql bu yaxınlarda DMC musiqi şirkətinin imzası ilə işıq üzü görəcək. Aygün Mustafa haqqında “o həm insanlığı, həm də istedadı ilə hər kəsə örnək olacaq biridir. Musiqi baxımından qanımız uyğun gəlir” deyib. İki ifaçının bundan sonra da birlikdə çalışıb ortaya örnək işlər çıxaracaqları bildirilib”.

Qeyd edək ki, bu, A.Kazımova ilə Mustafa Cecelinin ikinci işbirliyidir. Bundan əvvəl M.Ceceli xalq artistinin “Azərbaycan” mahnısını aranjiman etmişdi. A.Kazımova "Onlar” verilişinə açıqlamasında türkiyəli ifaçı ilə bir çox  müştərək layihələrə imza atacaqlarını söyləmişdi.