Türkiyəli müğənni Hülya Avşar və Qaya Çilingiroğlunun qızı Zəhra bədən quruluşunu qorumaq üçün idmanla daha çox məşğul olmağa başlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənnin qızı idman edərkən görüntülənib.
Hülya Avşar jurnallardan birinə verdiyi müsahibədə qızının seçdiyi peşəyə qarşı çıxdığını bildirib: “Mənim çox şirin və ağıllı qızım var. Allaha şükür, necə hərəkət edəcəyini bilir. Amma o, hüquqşünas olmaq istəyir, mən isə buna razı deyiləm. Çünki gələcəkdə həm zövq alacağı, həm də ailəsinə vaxt ayıra biləcəyi bir işə sahib olmağını istəyirəm”.