Əməkdar artist Elza Seyidcahanın əməliyyat olunduğunu xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, hazırda xəstəxanada olan müğənni sabah evə buraxılacaq.
“Həkimlər 1 ay yataq rejimində istirahət etməyimi məsləhət görüb. Amma sabah xəstəxanadan çıxan kimi canlı yayıma qatılacam” deyən əməkdar artistə sevənləri sürpriz edib. Belə ki, yaxınları xəstəxanaya təlxək apararaq onu əyləndirməyə çalışıblar.
“Düzdür, bu cür hallara xəstəxanada icazə verilmir. Mənim də xəbərim olmadan ediblər. Bu, xalqın sevgisidir. Sənətimə olan diqqətə görə hər kəsə təşəkkür edirəm” deyə E.Seyidcahan yanına gələnlərə minnətdarlığını bildirib.