Dünya pop ulduzu Cennifer Lopezlə sevgilisi Kasper Smartın münasibətlərindəki gərginlik səngimək bilmir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə Cenniferi internetdə tanış olduğu Sofiya Vissa adlı transseksualla aldatdığı deyilən Kasper Smart haqqında daha bir maraqlı məlumat ortaya çıxıb. Belə ki, 27 yaşlı Smartın daha əvvəl də transseksual model Kristina Mari ilə münasibətinin olduğu deyilir.
Amerika mətbuatında yayılan məlumata görə, Smart və Mari Mayamidə tanış olublar. Model, "Kasper Smart mənim transseksual olduğumu qabaqcadan bilirdi” söyləyib.