Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rus model 18-ci “Dosso Fashion Show”da xüsusi olaraq hazırlanmış qış geyimlərinin nümayişində podiuma çıxacaq. Antalyaya gələrkən Şeykin əynində dərin yarıqlı qara paltar olub və gümüşü rəngli gün eynəyi taxıb. Kameralardan gizlənən rus model gənc bir xanım və mühafizənin müşayiəti ilə qalacağı otelə yollanıb.
Qeyd edək ki, İrina Şeyk bir neçə gün əvvəl Heydər Əliyev Mərkəzində təşkil olunan moda layihəsi çərçivəsində Bakıya gəlmişdi.