Yeşilçamın məşhur rejissorlarından biri- Məlih Gülgən yayım hüququ onda olan 44 filmi satmaq üçün bir şirkətlə razılığa gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən bildirir ki, bundan xəbər tutan Bülənt Ərsoy rejissora zəng vuraraq kişi olduğu zamanlar çəkildiyi filmləri yayımlamamasını xahiş edib. Türk sənət musiqisinin divası, xüsusilə, “Bəddua” adlı filmin televiziyalara çıxmağını istəməyib. O, hətta filmin yayım dəyəri olan 15-20 min türk lirəsini ödəyəcəyini də deyib.
Qeyd edək ki, Ərsoy, aktrisa Pərihan Savaşla çəkildiyi bu filmdə fabrik sahibinin qızına aşiq olan konservatoriya tələbəsi rolunu oynayır.
Ümumilikdə isə Bülənt Ərsoy karyerası boyu 11 filmdə baş, bir filmdə isə ikinci dərəcəli rolda çəkilib.