Türkiyənin “Min bir gecə” serialını yayımlayan Çili telekanalı “Mega TV”-nin əməkdaşları baş rol ifaçıları Halit Ərgənç və Bərgüzar Korellə görüşmək üçün İstanbula gəliblər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Çilinin məşhur teleaparıcısı Alvaro Eskobar “Mas vale tarde” adlı televiziya proqramı üçün Ərgənç və Korellə reportaj hazırlayıb.
Reportajdan öncə çilili pərəstişkarlarının videosunu izləyən cütlük onlara salam göndərib və bir gün Çiliyə səyahət etmək istədiklərini deyib.