17 dekabr hadisələrindən sonra ilk dəfə Antalyadakı otellərdən birində səhnəyə çıxan Ebru Gündeş ifasıyla istirahət edənləri əyləndirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yay konsertlərinin açılışını Antalyada gerçəkləşdirən müğənni türk sənət musiqisi və ritmik mahnılar ifa edib. Otelin amfiteatrını dolduran yüzlərlə insan Gündeşin mahnılarını onunla birgə səsləndirib.
Konsertin sonunda müğənni, “O səs Türkiyə” yarışmasında onun komandasında olan Anılcanı səhnəyə dəvət edib və “çox istedadlı və bacarıqlı dostumuzdur. Anılcan bundan sonra da bizimlə bərabər olacaq” deyib.