Müğənni Aytac Vidadiqızı necə formada qaldığından danışıb.
Axşam.az-ın məlumatına görə, sənətçi pəhriz saxlamadığını, əvəzində idmanla məşğul olduğunu deyib:
“Formada qalmaq üçün normal rejimdə olmağa çalışıram. Üzgüçülüklə məşğulam. Pəhriz saxlamıram. Hər şeydən dadıram. Bilirəm, çəkim artıqdır, amma bu məni narahat etmir. Düşünürəm ki, mən belə daha çox cazibədaram. Üzümə çox su vurmuram. Çünki dərini qurudur. Təbii maskalar vasitəsilə qulluq edirəm”.