"Belim açıq qaldıqda yoldaşım etiraz edir" - Natavan

"Belim açıq qaldıqda yoldaşım etiraz edir" - Natavan
3729 dəfə oxunub
  • A-
  • A
  • A+
Voleybol üzrə milli komandamızın üzvü Natavan Qasımova müsahibə verib.

Axşam.az-ın məlumatına görə, idmançı sportnet.az-a açıqlamasında ailə qurduqdan sonra internetdəki çimərlik geyimində olan bütün şəkillərini sildiyini deyib:

“Bizim işimiz elədir ki, bu dəqiqə sizin qarşınızda da şortik, maykada oturmuşam. Səhnə geyimimiz budur. Evli olmadan öncə mənim də çimərlik paltarında şəkillərim olub. Amma onu insanlara göstərmək üçün yox, gözəl bir şəklimi paylaşmaq istəyilə internetdə qoymuşdum. Bu, bədənimi çöldə qoyum, hamı görsün, o fikirlə deyildi. Amma ailəli olduqdan sonra, o şəkillərin hamısını götürmüşəm. Hətta belim açıq qaldıqda yoldaşım etiraz edir. Bu da mənim xoşuma gəlir. Voleybolu belə geyimdə oynamaq mənim işimdir. Çöldə isə hərə öz yerini bilməlidir. Amma subay qızlarımız var, şəkillərini qoyurlar. Bu, hamının öz azad istəyidir. Mən buna qarşı deyiləm”.